Əsas məzmuna keç

İtkin düşmüş 267 şəhidin qalıqları ailələrinə təhvil verilib

İtkin düşmüş 267 şəhidin qalıqları ailələrinə təhvil verilib

İşğaldan azad olunan ərazilərdə aparılan qazıntılar zamanı tapılan şəhidlərimizin nəşi ekspertizadan sonra yaxınlarına qaytarılıb. Proses davam edir.

en ru

İndiyədək Birinci və İkinci müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.

Bu günədək 910 şəxsə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Bunlardan 5-i cari ilin avqust ayında, 79-u isə ilin yanvar-avqust ayları ərzində aşkarlanıb.

Aparılan DNT və məhkəmə-tibbi üsullarla müəyyən edilmiş 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib ki, bunun da 57-si cari ilin ilk 8 ayında reallaşıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.

Məlumatda həmçinin vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…