Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampa sui-qəsd şübhəlisi necə tutuldu? - Yeni təfərrüatlar

2 dəq
Paylaş:
Trampa sui-qəsd şübhəlisi necə tutuldu? - Yeni təfərrüatlar

ABŞ Xidmətinin agentləri ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Kol Tomas Alleni qaçarkən saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şübhəli hadisə zamanı tüfəngdən atəş açdıqdan sonra qaçmağa çalışarkən büdrəyərək yıxılıb və bu zaman ABŞ Məxfi əməkdaşları tərəfindən saxlanılıb. Agentlər onu dərhal tərksilah edib və üzərində partlayıcı maddə olmadığını yoxlamaq üçün köynəyini çıxarıblar.

Bildirilib ki, hadisə aprelin 25-də Vaşinqtondakı otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib. Tədbirdə yüksək rütbəli rəsmilərin iştirakı zamanı atışma qeydə alınıb və Məxfi Xidmətin bir əməkdaşı yaralanıb.

Məlumata əsasən, 31 Allen daha əvvəl həmin oteldə otaq sifariş edib və odlu silahı gizli şəkildə içəri keçirə bilib.

Qeyd olunur ki, o, ABŞ Prezidentinə sui-qəsd cəhdində, ağır cinayət törətmək niyyəti ilə silah və sursat daşımaqda, eləcə də zorakı cinayətdə odlu silahdan istifadə etməkdə ittiham olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax