İsrail Knessetinin "Likud" partiyasından olan deputatı Gila Qamliel ölkənin Baş naziri Benyamin Netanyahunun Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacağını təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "Ynet"ə istinadən verdiyi məlumata görə, Qamliel bunu "Galei Zahal" radiostansiyasının efirində bildirib.
"Ümid edirəm ki, bu addım Livanla münasibətlərin inkişafına gətirib çıxaracaq. Bu, uzun müddət ərzində formalaşan bir prosesdir", - o qeyd edib.