ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri ilə bağlı sərt ifadələr işlədib və son telefon danışığında ona “lənətə gəlmiş dəli” dediyini təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, ABŞ Prezidenti bu barədə “New York Post” qəzetinə verdiyi müsahibədə danışıb.
O bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı xüsusilə Livanla davam edən gərginlikdən narahatlığını ifadə edib və bu səbəbdən emosional reaksiya verib.
Tramp əlavə edib ki, Netanyahu ilə əməkdaşlığı davam etdirir və ona qarşı ümumilikdə müsbət münasibət saxlayır. O, həmçinin qeyd edib ki, “müharibə dövrünün prezidenti” olaraq İsrail baş naziri ilə eyni dövrdə çətin qərarlar verdiklərini bildirib.
Qeyd edək ki, “Axios”un yaydığı məlumata görə, Tramp telefon danışığı zamanı İsrailin Livandakı hərbi fəaliyyətini tənqid edib və bunun İranla aparılan danışıqlara mənfi təsir göstərə biləcəyini vurğulayıb.