Operativ Məlumat Mərkəzi

Netanyahu Sinvarın ölümünü şərh edib

3 dəq
Paylaş:
Netanyahu Sinvarın ölümünü şərh edib
Netanyahu Sinvarın ölümünü bütün azad dünya üçün qələbə adlandırıb.  "Hər birinizə çatdırmaq istəyirəm ki, Holokostdan bu yana yəhudilərə qarşı ən...

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölüm xəbərinin açıqlanmasından sonra İsrail xalqına videomüraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Sinvarın ölümünü bütün azad dünya üçün qələbə adlandırıb.

"Hər birinizə çatdırmaq istəyirəm ki, Holokostdan bu yana yəhudilərə qarşı ən törədilən ən böyük qırğına görə məsuliyyət daşıyan Yahya Sinvar artıq yaşamır! O, minlərlə yəhudinin, İsraildə yaşayan və ya səfərdə olan yüzlərlə əcnəbi vətəndaşı ölümünə səbəb olub, yüzlərlə şəxsi girov götürüb. Belə bir insanın yer üzündən silinməsi dünyada sülhü dəstəkləyən hər bir şəxs üçün sevindirici olmalıdır. Bu gün şeytanın belini qırdıq, amma işimiz hələ bitməyib. Sinvarın öldürülməsi, saxlanılan yəhudi girovlara bir qədər də yaxınlaşdığımız mənasına gəlir. Qəzza zolağında yaşayan, müharibədən əziyyət çəkən fələstinlilərə səslənirəm. Hörmətli Qəzza sakinləri, Yəhya Sinvar sizin həyatınızı məhv etdi. Başınıza gələn hər şey məhz Sinvarın atdığı addımların acı nəticəsidir.

Xalqımıza, vətəndaşlarımıza, qonaqlarımıza qarşı vəhşiliklər edən, günahsız insanları öldürən, işğəncə verən, oğurlayan, təcavüz edən bir terrorçu, bu gün əsgərlərimizdən qorxu içində qaçarkən vurularaq öldürüldü. Sinvarın öldürülməsi HƏMAS terrorçu qruplaşmasının sonunun gəldiyinin xəbərçisidir. Bu müharibənin müqəddəratı üçün həlledici məqamlardan biridir. Tam əminliklə deyirəm. Bundan sonra Qəzza zolağında HƏMAS adlı bir şey mövcud olmayacaq! Qəzza zolağı terrorçular tərəfindən bir də idarə olunmayacaq. Qəzza sakinləri də vəziyyəti düzgün qiymətləndirməli və HƏMAS tiranlığından yaxa qurtarmağa səy göstərməlidirlər", - deyə o bildirib.

Qeyd edək ki, ötən axşam İsrail hərbi qüvvələri HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər