Əsas məzmuna keç

“Neftçi” və “Qarabağ” bu gün meydana çıxacaq

“Neftçi” və “Qarabağ” bu gün meydana çıxacaq

Misli Premyer Liqasında VI tura bu gün start veriləcək. Günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 17:30-da start götürəcək....

en ru

Misli Premyer Liqasında VI tura bu gün start veriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 17:30-da start götürəcək.

Paytaxt təmsilçisi hazırda 12 ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb.

Bu matç həm də "Neftçi"nin çempionatları tarixindəki 1000-cü oyunu olacaq.

Günün ikinci görüşündə "" "" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 10 xalla üçüncü, "Şəfa" 3 xalla onuncudur.

Misli Premyer Liqası

I dövrə, VI tur

18 sentyabr

17:30. "Qəbələ" – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm , Namiq Bəkirov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qəbələ şəhər stadionu

19:45. "Qarabağ" – “Şəfa”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, turun digər matçları sentyabrın 19-20-də keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…