Əsas məzmuna keç

“Neftçi” səfərdə 700-cü qolunu “Qarabağ”a vurub

“Neftçi” səfərdə 700-cü qolunu “Qarabağ”a vurub
— Foto: Report.az

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində səfərdə 700-cü qolunu vurub. Yubiley qol Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən...

en ru

“” çempionatlarının yüksək dəstəsində səfərdə 700-cü qolunu vurub. Yubiley qol Misli Premyer Liqasının VIII turunda “”la keçirilən görüşdə qeydə alınıb.

3:3 hesabı ilə başa çatan matçda “Neftçi”nin ikinci qolunu vuran Qustavo Klisman komandanın səfərdəki 700-cü qolunun müəllifi olub.

Paytaxt təmsilçisi rəqib meydanlarında keçirdiyi 496-cı oyunda ümumi qol sayını 701-ə çatdırıb. Bu göstəricidə “Neftçi” yalnız “Qarabağ”dan geri qalır.

“Neftçi” səfərdə ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin qarşılaşmada bakılılar 3:1 hesabı ilə qalib gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…