Əsas məzmuna keç

Nefin qiymətində artım qeydə alınıb

Nefin qiymətində artım qeydə alınıb

Ötən həftə ərzində 4 %-dək neft yeni həftəyə bahalaşma ilə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,47 % bahalaşaraq 83,39 dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,42 % artaraq 1 bareli 76,87 ABŞ dolları təşkil edib.

ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, eləcə də ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 16,3 milyon barel artması ilə bağlı məlumatlar ötən həftə ərzində neft qiymətlərinin 4 %-dək düşməsinə səbəb olub.

Hazırda əsas diqqətlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürüdəcəyi siyasətə yönəlib. FED mart ayında dərəcəsini yenidən qaldıra bilər.

Xatırladaq ki, ötən il yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini 7 dəfə artırıb ki, bu da həm resessiya risklərini artırıb, həm də neft tələbi ilə bağlı gözləntilərə də təsir edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…