Əsas məzmuna keç

Neft qiymətləri ABŞ-İran razılaşması fonunda kəskin ucuzlaşdı

Neft qiymətləri ABŞ-İran razılaşması fonunda kəskin ucuzlaşdı

ABŞ və Tehranın nüvə razılaşması Brent və WTI markalarını ucuzlaşdırdı. 48 saatlıq ultimatum, Cenevrə görüşü və Hörmüz boğazı ilə bağlı son detallar burada.

en ru

ABŞ-nin İranla anlaşma memorandumu imzalamağa yaxın olduğuna dair xəbərlərdən sonra “” markalı neftin bir barelinin qiyməti 9,3% azalaraq 99,62 dollara, isə 91,54 dollara düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Brent neftinin fyuçers qiyməti əvvəlkinə nisbətən 9,3% azalaraq 99,62 dollar olub.

Eyni vaxtda Qərbi Texas növü (WTI) xam neftinin bir bareli 10,5% ucuzlaşaraq 91,54 dollardan satılıb.

Qiymətlərdəki enişə ABŞ-nin İranla müharibəni sona çatdırmaq və daha geniş danışıqları aparmaq üçün Tehran rəhbərliyi ilə anlaşma memorandumu imzalamağa yaxın olduğuna dair xəbərlər təsir edib.

Mövzu barədə məlumatlı mənbələr və bəzi rəsmilərini yaydığı xəbərə görə, ABŞ memorandumu imzalamaq üçün İrandan 48 saat ərzində cavab gözləyir.

İki mənbə bu danışıqların Pakistanın paytaxtı İslamabadda və ya İsveçrənin Cenevrə şəhərində keçirilə biləcəyini bildirib. ABŞ rəsmilərindən biri iddia edib ki, həmin 30 günlük danışıqlar dövründə İranın boğazından gəmilərin keçidinə qoyduğu məhdudiyyətlər və ABŞ-ın dəniz blokadası mərhələli şəkildə aradan qaldırılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…