Əsas məzmuna keç

Hörmüz boğazında vəziyyətin normallaşması neft qiymətlərini aşağı saldı

Hörmüz boğazında vəziyyətin normallaşması neft qiymətlərini aşağı saldı

ABŞ və İran arasındakı diplomatik gərginliyin azalması enerji bazarına təsir edib. Kris Rayt və Marko Rubio vəziyyəti şərh edib, WTI markalı xam neft ucuzlaşıb.

en ru

boğazında tanker hərəkətinin tədricən normallaşması fonunda dünya bazarında müharibədən əvvəlki səviyyələrə geriləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Brent" markalı neftin bir barelinin qiyməti 72,69 dollar səviyyəsinə enib.

Ötən gün 76,76 dollara qədər yüksələn Brent nefti günü 73,87 dollardan başa vurub. Bu gün səhər saatlarında isə qiymət təxminən 1,2 faiz azalaraq 72,94 dollar olub.

ABŞ-nin WTI markalı xam nefti isə 69,62 dollardan alınıb-satılıb.

Mütəxəssislərin fikrincə, qiymətlərin enməsinə Hörmüz boğazında daşımalarının davam etməsi və ABŞ ilə İran arasında diplomatik təmasların yenidən başlanacağına dair gözləntilər təsir göstərib.

ABŞ-nin Energetika naziri Kris bildirib ki, son 24 saat ərzində Hörmüz boğazından təxminən 72 gəmi keçib və 20 milyon barel neft daşınıb.

Onun sözlərinə görə, Fars körfəzindən çıxarılan neft axını hazırda münaqişədən əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyədədir.

Rayt həmçinin iddia edib ki, İran tərəfindən yerləşdirilən minalar gəmi keçidlərini ləngitsə də, boğazın tam şəkildə təmizlənməsi ilə vəziyyətin bir neçə həftə ərzində tam normallaşacağı gözlənilir.

Digər tərəfdən, ABŞ Marko Rubio İranla aparılan texniki danışıqların gələn həftə yenidən davam etdiriləcəyini açıqlayıb.

O bildirib ki, tərəflərin nümayəndələri iyunun 29-u və ya 30-da, böyük ehtimalla İsveçrədə görüşəcəklər.

Analitiklər hesab edirlər ki, qlobal neft ticarətinin təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazında enerji axınının davam etməsi və diplomatik proseslərin irəliləməsi bazarlarda təkliflə bağlı narahatlıqları azaldıb. Bu isə neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…