Nazirlik yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası məsələsinə aydınlıq gətirib

Nazirlik yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası məsələsinə aydınlıq gətirib
18.05.2023 11:34
Aa
dəq

“60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əmək haqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir: “Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”.

Həftənin ən çox oxunanları

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Qarabağ Universitetinə mətbuat katibi axtarılır
DAVAMIN OXU davamın oxu

Nobel mükafatı laureatı Azərbaycana gələcək

Nobel mükafatı laureatı Azərbaycana gələcək
DAVAMIN OXU davamın oxu

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
DAVAMIN OXU davamın oxu