Əsas məzmuna keç

Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib

Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram və istirahət günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

bayram və istirahət günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, nazirliyin yaydığı müraciətdə bildirilib ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün xəstəliklər, həmçinin qrip hallarının artması daha çox müşahidə edilir.

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir.

Məlumatda həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğun hesab edilib:

"Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 39 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 40 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 59 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…