Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhum doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictiamiyyət nümayəndələri iştirak ediblər.