NATO Ukraynaya 40 milyard avro ayıracağını açıqlayıb

NATO Ukraynaya 40 milyard avro ayıracağını açıqlayıb
11.12.2024 20:28
Aa
dəq

2025-ci ildə Ukrayna NATO-dan əlavə maliyyə yardımı alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Ukraynadakı nümayəndəliyinin rəhbəri Patrik Turner bildirib.

O, 2025-ci ildə Ukraynaya dəstək məsələlərinin gələn ilin fevralında alyansın müdafiə nazirlərinin görüşündə müzakirə olunacağını bəyan edib.

“Biz bilirik ki, bir çox alyans ölkələri, o cümlədən Avropadakı müttəfiqlərimiz və ABŞ əlavə yardım vəd edib. Söhbət dəstəyin həcminin artırılmasından gedir”, - NATO nümayəndəsi bildirib.

Turner qeyd edib ki, alyans Ukraynaya təhlükəsizlik ehtiyacları üçün 40 milyard avro ayıracaq.

Həftənin ən çox oxunanları