Polşa Ukraynaya 4 ədəd "MİQ-29" təyyarəsi göndərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" BBC-ə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda məlumat verib.
Duda bu döyüş təyyarələrinin yaxın günlərdə, digərlərini isə növbəti aylarda veriləcəyini bildirib.
Ukrayna indiyə qədər Böyük Britaniya, ABŞ və Almaniya kimi ölkələrdən 4-cü nəsil "F-16" təyyarəsi istəsə də rədd cavabı alıb. Müttəffiqinin bu addımını təqdirəlayiq adlandıran Duda təyyarələrin hava sərhəddini qorumaq üçün böyük təkan verəcəyini billdirib.
"MİQ-29"ların Ukraynaya dəstək verəcəyi düşünülür, lakin müharibənin gedişatına təsir edəcəyi gözlənilmir.
Qeyd edək ki, Polşanın ümumilikdə 28 ədəd "MİQ-29" təyyarəsi var. NATO tərəfindən Folkrum adllandırılan bu təyyarələr Sovet İttifaqı tərəfindən dizayn edilmiş və ilk dəfə 1980-ci ildə Polşaya ixrac edilmişdir