Əsas məzmuna keç

Natiq Məmmədli: Azərbaycanla Özbəkistanın media üzrə çox ciddi əlaqələri var

Natiq Məmmədli: Azərbaycanla Özbəkistanın media üzrə çox ciddi əlaqələri var

bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Rəqəmsal Transformasiya və Media” mövzusunda II...

" və arasında sahəsində çox ciddi əlaqələr mövcuddur. Hər iki ölkənin media sahəsində fəaliyyətini əhatə edən yol xəritəmiz var".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Məmmədli "Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu yol xəritəsinə uyğun olaraq artıq bir neçə ildir ki, müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərə forumların təşkili, jurnalistlərin və mətbuat katiblərinin mübadiləsi, müxtəlif səfərlər və konfransların təşkili daxildir”.

“Bu gün keçirilən isə Azərbaycan ərazisində baş tutan ikinci Özbəkistan-Azərbaycan Media Forumudur. Birinci forum Özbəkistanda keçirilmişdi. Həmin forumda əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin media resurslarının güclərini birləşdirməsi olmuşdur. Bu gün isə həmin mövzu peşəkarlıq müstəvisində rəqəmsal transformasiya və media məsələləri çərçivəsində davam etdiriləcək. İki panel sessiyası nəzərdə tutulub. Hər iki ölkədən ekspertlər və beynəlxalq səviyyəli jurnalistlər forumda iştirak edəcək. Sessiyalarda jurnalistikanın hüquqi mühitdə və rəqəmsal məkanda qarşılaşdığı mühüm məsələlər geniş şəkildə müzakirə olunacaq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…