Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narendra Modi Oman sultanı ilə sülh və təhlükəsizliyi müzakirə etdi

2 dəq
Paylaş:
Narendra Modi Oman sultanı ilə sülh və təhlükəsizliyi müzakirə etdi

Hindistanın Narendra Modi Heysəm bin Tariqlə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan hökumət başçısının “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.

Modi yazıb ki, qardaşı Sultan Heysəm bin Tariqlə səmərəli söhbət edib və Oman xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Tərəflər gərginliyin azaldılması, eləcə də və sabitliyin bərpası üçün dialoq və diplomatiyaya üstünlük verilməsinin vacibliyi barədə razılığa gəliblər.

Telefon danışığı zamanı Hindistan bir daha Omanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını pisləyib və minlərlə insanın, o cümlədən Hindistan vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün bu ölkənin səylərinə minnətdarlığını ifadə edib.

Tərəflər strateji əhəmiyyətli Hörmüz boğazından təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə birgə sadiqliklərini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax