Əsas məzmuna keç

Sabah küləkli hava və 41 dərəcə isti gözlənilir

Sabah küləkli hava və 41 dərəcə isti gözlənilir

Sinoptiklər Bakı və Abşeron yarımadasında anomal istilərin davam edəcəyini xəbərdar edir. Güclü xəzri küləyi ilə müşayiət olunacaq 41 dərəcəlik temperaturun detalları:

en ru

Azərbaycanda iyulun 28-də 41 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Hava proqnozu

11° Bakıda indiAz buludlu
  1. Bu gün Günəşli 19° 11°
  2. Sabah Günəşli 18° 11°
  3. Birisi gün Tutqun 11° 9° yağış 65%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…