Əsas məzmuna keç

Ərdoğan: “Türkiyə Ukraynada ədalətli sülh üçün səylərini davam etdirəcək”

Ərdoğan: “Türkiyə Ukraynada ədalətli sülh üçün səylərini davam etdirəcək”

prezidenti Rəcəb Tayyib Hollandiyanın baş naziri səlahiyyətlərini icra edən Dik Şofla telefon danışığında bildirib ki, Ankara Ukraynada davamlı sülhün bərqərar olması üçün çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə höküməti məlumat yayıb.

“Türkiyə İstanbul prosesinin ev sahibi ölkə kimi Ukrayna-Rusiya müharibəsinə son qoymaq istiqamətində səylərini davam etdirəcək”, – Ərdoğan vurğulayıb.

Liderlər həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ərdoğan deyib ki, Qəzzada humanitar fəlakət daha da dərinləşir və Netanyahunun bütün bölgəyə hərbi nəzarəti ələ keçirmək planı tamamilə qəbuledilməzdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…