Əsas məzmuna keç

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

"Napoli"nin idman direktoru Covanni Manna bildirib ki, klub hücumçu Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir. Bu barədə "Sky Sports" məlumat...

"Napoli"nin idman direktoru Covanni Manna bildirib ki, klub hücumçu Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky " məlumat yayıb.

“Onun 3 illik müqaviləsi var. Kvara ilə maraqlanan klublar var, amma biz əməkdaşlığımızı davam etdirmək istəyirik. "Napoli" müqaviləni uzatmaq üçün agentləri ilə işləyir", - deyə o bildirib.

23 yaşlı gürcü futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.

"Transfermarkt" portalı Kvaratsxeliyanın dəyərini 80 milyon avro qiymətləndirir.

Bu mövsüm forvard 5 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…