Əsas məzmuna keç

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve vəfat edib

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve vəfat edib

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib. Bu barədə "Sinxua" agentliyi ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurasına...

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

Məlumata əsasən, siyasətçi cümə səhər saatlarında dünyasını dəyişib. Qeyd olunur ki, o, son vaxtlar səhhətindəki problemlərə görə məzuniyyətdə idi.

Myint Sve 2016-cı ildən Myanmanın vitse-prezidenti kimi fəaliyyət göstərirdi. 1 fevral 2021-ci ildə ölkədə baş verən hərbi çevrilişdən sonra vəzifəsindən uzaqlaşdırılan Vin Myintin əvəzinə prezident səlahiyyətlərini icra edən şəxs kimi təyin olunmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…