Operativ Məlumat Mərkəzi

MÜTDA: Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib

1 dəq
Paylaş:
MÜTDA: Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib
bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.  Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron...

Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.

Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Həmin müddətdən bu yana 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər