Operativ Məlumat Mərkəzi

Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün sosial sığorta haqları artırılacaq

3 dəq
Paylaş:
Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün sosial sığorta haqları artırılacaq
bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə...

Gələn ildən mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarından istifadə edən fiziki şəxslərin sosial sığorta haqları artırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən

fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər

istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizminfunksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi

olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan

şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın

sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri

üzrə hesablanacaq:

5 hektaradək olduqda – 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;

Qeyd edək ki, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər