Əsas məzmuna keç

Müctəba Xamenei bəyənat yaydı

Müctəba Xamenei bəyənat yaydı

İranın Ali Lideri ABŞ və İsrailə mesaj göndərərək Fars körfəzi və Hörmüz boğazında yeni dövrün başladığını elan etdi. Tehranın bölgədəki iqtisadi və hərbi planı...

ru en

İranın Ali Müctəba ABŞ və İsrailin başlatdığı 28 fevral müharibəsindən sonra boğazında yeni bir səhifənin açıldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İran KİV Xameneinin bəyənatını yayıb.

Bildirilib ki, bu gün dünyanın ən böyük kampaniyası və regiona qarşı təcavüzündən və Amerikanın öz planlarına çatmaqda utancverici uğursuzluğundan iki ay sonra Fars körfəzi və Hörmüz boğazında yeni bir fəsil açılır.

Xameneinin bəyənatında vurğulanıb ki, Hörmüz boğazının yeni idarə olunması bütün Körfəz ölkələrinə "sülh və tərəqqi" ilə yanaşı, "iqtisadi fayda" da gətirəcək.

İranın Ali Lideri bildirib ki, Fars körfəzində amerikalıların ola biləcəyi yeganə yer onun dərin sularıdır.

Onun sözlərinə görə, Fars körfəzi bölgəsinin parlaq gələcəyi Amerikasız olacaq və bölgə xalqlarının tərəqqisinə, rahatlığına və rifahına xidmət edəcək.

İranın ali lideri bildirib ki, Tehran Fars körfəzi bölgəsinin təhlükəsizliyini təmin edəcək və düşmənlərin su yollarından sui-istifadəsinin qarşısını alacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…