İran hakimiyyəti Hörmüz boğazını bağlamayıb və oradan keçən gəmilərlə qarşılıqlı əlaqədə olmağa davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının teleqram kanalı məlumat yayıb.
Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahının komandir müavini Qəyumərs Heydari bildirib:
“Biz Hörmüz boğazını bağlamamışıq və oradan keçən gəmilərlə beynəlxalq protokollara uyğun olaraq qarşılıqlı əlaqədəyik”.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir və Fars körfəzi ölkələrindən və İranın özündən dünya neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-i bu marşrutla daşınır.