"Rusiya ABŞ və Ukrayna ilə münaqişənin həlli üzrə üçtərəfli danışıqların yenidən başlamasını gözləyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, hazırda ciddi diplomatik iş aparılır.
O bildirib ki, ABŞ nümayəndələri son günlər Moskva və Kiyev arasında səfərlər edərək tərəflərin mövqelərini müzakirə edirlər:
"Moskva bu prosesdə irəliləyiş əldə olunacağına ümid edir".
Peskov həmçinin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqların üçtərəfli formatda yenidən keçirilməsini gözlədiklərini deyib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ rəsmisi Cared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevdə səfərlərdə olublar.
Uitkoff görüşlərdən sonra danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini və yeni üçtərəfli görüşün keçirilməsi istiqamətində addımlar atıldığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələri ilə görüşlərin məhsuldar olduğunu və üçtərəfli danışıqların bərpasına hazır olduqlarını açıqlayıb.