Moldova müxalifətinin “Qələbə” bloku Moldova prezidenti postuna “İntibah” partiyasının liderlərindən olan Vasili Bolyanın namizədliyini irəli sürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Qələbə” blokunun rəhbəri, moldovalı müxalif siyasətçi İlan Şor Kişinyovda keçirdiyi mətbuat konfransında deyib.
“O hamının dəstəklədiyi namizəddir və əminəm ki, gələcək prezidentdir”, - deyə o bildirib.