Operativ Məlumat Mərkəzi

Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

1 dəq
Paylaş:
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub
Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi...

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin "Kral klubu"nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər