Operativ Məlumat Mərkəzi

Modi Trampla telefon danışığı aparıb

1 dəq
Paylaş:
Modi Trampla telefon danışığı aparıb
bu barədə Hindistanın "NDTV" telekanalı mənbələrə istinadən məlumat yayıb. Hindistan hökumətinin başçısı ilə Tramp arasında görüşün təfərrüatları...

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistanın "NDTV" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Hindistan hökumətinin başçısı ilə Tramp arasında görüşün təfərrüatları açıqlanmayıb.

Trampın andiçmə mərasimində Hindistan hökumətini xarici işlər naziri Subrahmanyam Caishankar təmsil edib.

Mərasimdən sonra o, Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Caishankar bu görüşdən sonra bəyan edib ki, Dehli iki ölkə arasında strateji əlaqələri inkişaf etdirmək üçün Vaşinqtonla sıx əməkdaşlığa güvənir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər