Operativ Məlumat Mərkəzi

Misir lideri İlham Əliyevə başsağlığı verib

1 dəq
Paylaş:
Misir lideri İlham Əliyevə başsağlığı verib
başsağlığında deyilir: "“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını...

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığında deyilir:

"“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.

Hörmətli cənab Prezident, bir daha dərin hüznlə başsağlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, sabitlik arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər