Əsas məzmuna keç

Mirzoyan Türkiyə ilə yeni xüsusi nümayəndəyə ehtiyac olmadığını deyib

Mirzoyan Türkiyə ilə yeni xüsusi nümayəndəyə ehtiyac olmadığını deyib

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndələrin təyin edilməsinin zəruriliyini şübhə altına alıb. Onun sözlərinə görə, tərəflər yeni danışıqlarçıların namizədliyini razılaşdıranadək sərhəd açıla bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın və beynəlxalq ticarət naziri ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının vitse-prezidenti İqnatsio Kassis ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin təyin olunması məsələsinə münasibət bildirib. Erməni diplomat rəsmi İrəvanın yeni xüsusi nümayəndə təyinatına ehtiyac olub-olmadığına dair şübhələrinin olduğunu qeyd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mirzoyan çıxışında aşağıdakıları bəyan edib:

“Açığı, yeni xüsusi nümayəndəyə ehtiyacın olub-olmaması sual altındadır. Çünki tərəflər arasında yeni xüsusi nümayəndələrin namizədlikləri razılaşdırılanadək sərhədlərin açılması prosesi baş tuta bilər”.

Nazir Ermənistan-Türkiyə münasibətlərinin normallaşması dialoqunun elə bir mərhələyə çatdığını iddia edib ki, yekun və tam razılaşma istənilən an əldə oluna bilər. O, iki ölkə idarələri arasında demək olar ki, hər gün birbaşa əlaqələrin saxlanıldığını və danışıqların intensiv davam etdiyini diqqətə çatdırıb.

A.Mirzoyan Türkiyənin Ermənistana məhsul ixracına tətbiq etdiyi qadağaları ləğv etməsinin vacibliyini bir daha xatırladıb. O, əvvəllər türkiyəli sahibkarların bazarına birbaşa ixrac imkanlarının məhdudlaşdırıldığını bildirib.

Nazir, həmçinin yaxın vaxtlarda Ermənistanda ikitərəfli biznes forumunun keçiriləcəyini, Türkiyə tərəfinin isə Qars bölgəsindən Ermənistan sərhədinə doğru uzanan yolunda fəal tikinti və bərpa işləri apardığını söyləyib.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud değildir. Sərhədlər Ankara tərəfindən 1993-cü ildən — torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə cavab olaraq bağlanıb. Münasibətlərin dondurulması Ankaranın Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini qətiyyətlə dəstəkləməsi, eləcə də İrəvanın uydurma “erməni soyqırımı” iddiaları ilə bağlıdır.

Tərəflər arasında normallaşma üzrə xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında Moskvada baş tutub. Həmin ilin yayında üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması barədə ilkin razılıq əldə olunsa da, proses hələ real müstəviyə keçməyib. Hazırda tərəflər həmçinin iki ölkə arasında dəmir yolu infrastrukturunun bərpası imkanlarını müzakirə edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…