Rusiyanın "Mir" ödəniş sisteminin Tailandda tətbiqi layihəsi çətinliklərlə üzləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tailanddakı səfiri Yevgeni Tomixin jurnalistlərə açıqlamasında bildirib.
"Başa düşdüyüm qədər, layihə kifayət qədər yüksək hazırlıq mərhələsindədir, lakin onun həyata keçirilməsini məhdudlaşdıran məlum şərtlər var. Ümid edirəm ki, bu layihənin iştirakçıları rusların Taylandda istifadə etdikləri "Mir" kartlarının mübahisəsiz üstünlüklərini başa düşəcəklər", - deyə səfir bildirib.