Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gecə ölkənin müxtəlif regionlarında Ukraynaya məxsus 133 pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyunun 18-i axşam saat 20:00-dan iyunun 19-u səhər saat 07:00-dək davam edən müddətdə Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən təyyarə tipli dronlar zərərsizləşdirilib.
Mənbə qeyd edir ki, insidentlər Rusiya Federasiyasının geniş coğrafiyasını əhatə edib.
Rəsmi qurum hadisə ilə bağlı başqa təfərrüat və ya dəyən ziyan barədə məlumat verməyib.