Əsas məzmuna keç

Mingəçevirdə 34 yaşlı qadını əri bıçaqladı

Mingəçevirdə 34 yaşlı qadını əri bıçaqladı

Mingəçevirdə 34 yaşlı qadın yaşadığı binanın qarşısında bıçaqlanıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Energetiklər yaşayış...

Mingəçevirdə 34 yaşlı qadın yaşadığı binanın qarşısında bıçaqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Energetiklər yaşayış massivində Yadigar Mənsurov küçəsində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Bəkirova Aytən Əziz qızı çoxsaylı xəsarətləri alıb. Sifət, qol və qulaq nayihəsindən kəsilmiş deşilmiş bıçaq xəsarətləri alan yaralı qadın komotoz vəziyyətdə təcili xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Mingəçevir Şəhər Şöbəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən qadının əri Tural Bəkirov saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…