Əsas məzmuna keç

Min Aun Hlayn Myanma prezidenti seçildi

Min Aun Hlayn Myanma prezidenti seçildi

Assambleyada 429 deputatın səsini qazanan baş komandan ölkənin rəhbəri təyin edildi. Hərbi vəzifəsindən istefa verən liderin idarəçilikdə atacağı ilk addımlar...

en ru

Myanmanın yeni prezidenti məlum olub: Bu gün Myanma İttifaq Assambleyasının (parlamentinin) nümayəndələrindən ibarət Seçicilər Kollegiyası Min Aun Hlaynı seçib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Min Aun Hlayn 584 deputatdan 429-nun səsini qazanıb. O, dövlət başçısı postuna irəli sürülmüş üç namizəddən biri olub. Digər iki namizəd ölkənin vitse-prezidentləri olub.

Qeyd edək ki, Min Aun Hlayn 2011-ci ildən Myanma silahlı qüvvələrinə rəhbərlik edib və postuna keçidlə əlaqədar baş komandan vəzifəsindən istefa verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…