Əsas məzmuna keç

Millinin vacib oyunçusu olmaq istəyir – Almaniyalı qapıçı

Millinin vacib oyunçusu olmaq istəyir – Almaniyalı qapıçı

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Barselona”nın və millisinin üzvü Mark-Andre ter Ştegen “Bayern”in qapıçısı Manuel barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Kicker"-ə istinadən xəbər verir ki, o, Noyerin zədələnməsindən sonra milli komandanın əsas qapıçısı olmağa hazır olduğunu deyib:

“İndi Noyer zədəlidir. Onun tezliklə sağalmasını arzulayıram.

Düşünürəm ki, son illər yaxşı çıxış edirəm. Milli komandada növbəti addımı atmağa hazıram. Məqsədim “Barselona” və Almaniya yığmasında bir nömrə olmaqdır.

Ən yaxşı oyunumu nümayiş etdirmək və komandaya kömək etmək üçün hər edəcəm. Bu, mənim növbəti məqsədimdir. Millinin vacib oyunçusu olmaq istəyirəm”.

Ter Ştegen “Noyer zədəsini bərpa etdikdən sonra əvvəlki səviyyəsinə qayıda bilərmi” sualını belə cavablandırıb:

“Ona əvvəlki səviyyəyə qayıtmasını arzu edirəm. Çünki o, əla qapıçıdır. Ümid edirəm ki, tezliklə sağalacaq və daha güclü qayıdacaq. Zədələndikdən sonra ona mesaj yazdım və o, mənə cavab verdi”.

Noyerin DÇ-2022-dən sonra xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən, ən azı cari mövsümün sonuna qədər sıradan çıxıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…