Operativ Məlumat Mərkəzi

Milli Məclis Fransa senatının qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayır - YENİLƏNİB

2 dəq
Paylaş:
Milli Məclis Fransa senatının qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayır - YENİLƏNİB
bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib. Çıxışdan sonra bəyanat...

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib.

Çıxışdan sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

12:04***

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat hazırlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.

Qeyd edək ki, Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər