Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times" qəzetinə verdiyi müsahibədə ABŞ və İranın nüvə sazişi ilə bağlı kompromislərə hazır olduqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirin sözlərinə görə, Vaşinqton uranın zənginləşdirilməsinin tamamilə dayandırılması tələbindən imtina edərək, bu prosesin müəyyən edilmiş çərçivələr daxilində həyata keçirilməsinə razılıq verə bilər.
Hakan Fidan bu yanaşmanı müsbət addım kimi qiymətləndirib.
"İranlılar artıq amerikalılarla razılığa gəlməyin zəruriliyini dərk edirlər, amerikalılar isə iranlıların öz limitlərinin olduğunu anlayırlar", — deyə Fidan əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp tərəflər arasında saziş əldə olunmayacağı təqdirdə Vaşinqtonun İrana qarşı çox sərt addımlar ata biləcəyini istisna etməmişdi.