Əsas məzmuna keç

Hakan Fidan: ABŞ-İran anlaşması tarixi sülhə imza ata bilər

Hakan Fidan: ABŞ-İran anlaşması tarixi sülhə imza ata bilər

Türkiyə XİN rəhbəri Sergey Lavrovla görüşdə Vaşinqton-Tehran dialoqunu dəyərləndirdi. Ankara Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyini necə qiymətləndirir?

en ru

Türkiyənin naziri Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə yeni mərhələsinin əsasını qoya biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Hakan Fidan bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra təşkil olunan konfransında danışıb.

Türkiyəli nazir qeyd edib ki, Ankara ABŞ və İran arasında əldə olunan anlaşmanın regionda sabitliyə və təhlükəsizliyə töhfə verəcəyinə inanır.

“Biz inanırıq ki, bu razılaşma yeni regional yol aça bilər”, - deyə Fidan vurğulayıb.

O, həmçinin razılaşma prosesində Pakistan, Qətər və Səudiyyə Ərəbistanının oynadığı rolu yüksək qiymətləndirib.

Nazirin sözlərinə görə, həmin ölkələrin diplomatik təşəbbüsləri danışıqların uğurla nəticələnməsində mühüm əhəmiyyət daşıyıb.

“Onların diplomatik təşəbbüsləri böyük əhəmiyyət kəsb edirdi”, - deyə Hakan Fidan əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…