Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Meta" süni intellekti öyrətmək üçün işçilərini izləyir

2 dəq
Paylaş:
"Meta" süni intellekti öyrətmək üçün işçilərini izləyir

"Facebook""Instagram" platformalarının sahibi olan "" , (AI) modellərini öyrətmək üçün işçilərinin kompüterlərinə klaviatura və siçan hərəkətlərini xüsusi proqram təminatı quraşdırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkətdaxili yazışmalara əsasən, bu addım iş tapşırıqlarını avtonom şəkildə yerinə yetirə bilən AI agentləri yaratmaq təşəbbüsünün bir hissəsidir.

Şirkət "Model Capability Initiative" (MCI) adlı alətdən istifadə edərək süni intellektin klaviatura qısayolları və menyulardan istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir.

"Meta" rəsmisi Andy Stone bildirib ki, toplanan məlumatlar işçilərin fəaliyyətini yoxlamaq üçün istifadə edilməyəcək və həssas məzmunu əhatə etməyəcək.

O qeyd edib ki, əgər insanlara gündəlik tapşırıqları yerinə yetirməyə kömək edəcək agentlər yaradılırsa, modellərin real istifadə nümunələrinə ehtiyacı var.

Bununla belə, hüquqşünaslar bu cür izləmənin Avropada, xüsusən də İtaliya və Almaniyada qanunvericiliklə bağlı ciddi problemlər yarada biləcəyini vurğulayırlar. Qeyd edək ki, bu yeniliklər "Meta", "Amazon""Google" kimi texnologiya nəhənglərində kütləvi ixtisarlar fonunda baş verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax