Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu sentyabrda matçlarda iştirak edə biləcək.
Topuğundakı zədəsini sağaldan forvard tezliklə komanda ilə məşqlərə start verəcək.
O, MLS çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal edilir.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.