Lionel Messi Argentina millisində keçirdiyi son oyundan sonra azarkeşlərə müraciət edib. O, milli formanı artıq darıxdığını və qərarının doğru olduğuna inandığını bildirib.
“Bu, böyük sevinc, eyni zamanda məyusluqlarla dolu inanılmaz bir yol idi. Bu yolda atdığım hər addımın buna dəydiyini dəqiq bilirəm”, – Messi yazıb.
Argentina yığmasının kapitanı ailəsinə, dostlarına, komanda yoldaşlarına, məşqçilərə və çıxış etdiyi klublara təşəkkür edib. O, həmçinin Dieqonu xatırladaraq, onun ölkəni layiq olduğu yerə qaytardığını qeyd edib. Messi uğurlarında Tanrının yol göstərməsinin və iradəsinin də rolunu vurğulayıb.
Futbolçu azarkeşlərə sevgisini ifadə edib və onların yanında olduqları üçün minnətdarlığını bildirib. Messi milli komandanın formasını geyinməyə imkan yaratdıqları və hisslərinə hörmət etdikləri üçün çıxış etdiyi klublara da təşəkkür edib.
Messinin paylaşımına Kriştiano Ronaldo da münasibət bildirib. Portuqaliyalı futbolçu argentinalı həmkarının ölkəsini uzun illər təmsil etdiyini və yaddaşlarda qalacaq tarix yazdığını qeyd edərək, Argentina ilə qazandığı nailiyyətlərə görə ona böyük hörmət bəslədiyini yazıb.