Operativ Məlumat Mərkəzi

Messi Premyer Liqaya keçə bilər

1 dəq
Paylaş:
Messi Premyer Liqaya keçə bilər

PSJ-nin hücumçusu Lionel Messi karyerasını harada davam etdirəcəyinə tezliklə qərar verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ole" nəşrinə istinadən xəbər verir ki, argentinalı gələcəklə bağlı qərarını PSJ ilə son matçdan bir neçə gün sonra verəcək.

Messinin Səudiyyə Ərəbistanına, İngiltərəyə və David Bexemin "İnter Mayami" klubuna keçmək variantı var.

Qeyd edilib ki, Messiyə "Barselona"dan rəsmi təklif gəlməyib. Argentinalının doğma klubuna qayıtmasında əngəl törədən kataloniyalıların hələ həll etmədiyi maliyyə məsələsidir.

Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu yay başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər