Məşhurların qeyri-adi vəsiyyətləri 

Məşhurların qeyri-adi vəsiyyətləri 
08.03.2023 19:25
Aa
dəq

Bir sıra məşhur şəxslər ölməzdən öncə qeyri-adi vəsiyyətlər etmişlər. 

"Operativ Məlumat Mərkəzi-OMM" həmin məşhurların bir neçəsini təqdim edir:

1. Ed Headrick - "Küllərinin paylanmasını istədi"

Ed Headrick 1950-1960-cı illərin əvvəllərində Wham-O oyuncaq şirkətinin layihəsi əsasında yeni oyuncaq yaratdı. Frizbi kimi tanınan uçan boşqab oyuncağının həm dizayınını, həm də satış tərzini dəyişdi. Məhz bunun nəticəsində frizbi satış rekordları qıraraq bir idman vasitəsinə dönüşdü. "Steady Ed" olaraq tanınan Headrick 2002-ci ildə keçirdiyi xəstəlikdən sonra vəfat etdi. O, vəsiətində öldükdən sonra yandırılmasını və küllərinin insanlar arasında paylaşılmasını qeyd etmişdi. Headrick-in vəsiətinə əsasən, küllərinin bir qisminin ailəsi və dostları arasında  paylanması üçün "küllərini özündə birləşdirən frizbi" istehsal edildi. Headrick-in küllərinin olduğu bir neçə disk də satışa çıxarıldı. 

2. Napoleon Bonapart - "Saçından bilərzik düzəldilməsini istədi"

Napoleonun son vəsiyyəti qohumlarına, dostlarına və onlara xidmət edənlərə necə paylanacağına dair göstərişləri olan kodisil və əmlakın inventarını özündə ehtiva edən geniş bir sənəddir.
Vəsiyyətində deyilir: " Saçlarımı qoruyun və ondan bir az qızıl muncuqlu qolbaq düzəldib İmperator Mariya Luizaya göndərin". Bununla yanaşı, vəsiyyətində saçlı bilərziklərindən ailə üzvlərinə göndərilməsini də tələb edib. 

3. Benjamin Franklin - "Qızının zinət əşyasından istifadə etməməsini istədi"

Benjamin Franklin Atlantik okeanın hər iki tərəfində heyrətamiz bir nüfuza malik olmasına baxmayaraq, vəsiyyətinə əsasən, məzar daşı üzərində "çapçı" qeyd olundu.  O, Fransa kralının ona verdiyi 400-dən çox briliantla bəzədilmiş şəklini qızı Sara Baxa verdi, lakin onun vəsiyyətində Parisdə özünü təqdim etdiyi təvazökarlığı əks etdirən şərt var idi. Franklin vəsiyyətində briliantların qızı tərəfindən zinət əşyası kimi istifadə edilməməsini, bununla da ölkədə daş-qaş taxmağın bahalı, boş və yararsız moda olmasını tanıtdırmasını və ya bunu təsdiqləməsini tələb etib. 

4. Mark Gruenwald - " Kremasiya edilməsini istədi"

Mark Gruenwald "Kapitan Amerika" kimi cizgi romanları və parlaq yumor hissi ilə tanınır. O, eyni zamanda zarafatcıl şəxs idi, hətta 43 yaşında qəfil vəfat edərkən dostları bunun bir zarafat olduğunu düşünüblər. Gruenwald komikslərə həvəsli idi və vəsiyyətində bununla bağlı son xahişini edib. O, vəsiyyətində kremasiya edilməsini və külünün komiks kitabının mürəkkəbinə qarışdırılmasını istəyib. Xahişi yerinə yetirilib və onun qalıqları Squadron Supreme-nin ilk ticarət cildli kitabçasını çap etmək üçün istifadə olunan mürəkkəbə qarışdırılıb.

Həftənin ən çox oxunanları

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur
DAVAMIN OXU davamın oxu

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur
DAVAMIN OXU davamın oxu

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib
DAVAMIN OXU davamın oxu

"Bi-2" qrupunun üzvləri saxlanılıb

DAVAMIN OXU davamın oxu

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ səfiri Azərbaycana başsağlığı verib
DAVAMIN OXU davamın oxu