Əsas məzmuna keç

Məşhur rəssamın tabloları bu səbəbdən satışa çıxarılır

Məşhur rəssamın tabloları bu səbəbdən satışa çıxarılır

Məşhur rəssam Bob Rossun tabloları ictimai televiziyalara dəstək məqsədilə satışa çıxarılır. Bununla bağlı xarici KİV məlumat yayıb. ABŞ-də ictimai yayım...

Məşhur Bob Rossun tabloları ictimai televiziyalara dəstək məqsədilə satışa çıxarılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ-də ictimai yayım üçün ayrılan büdcənin azaldılmasından sonra məşhur rəssam və televiziya aparıcısı Bob Rossun orijinal tabloları açıq hərraca çıxarılacaq.

Əldə olunacaq gəlir ölkə üzrə ictimai televiziyalara yönəldiləcək.

İlk hərrac 11 noyabrda “Kaliforniya və Qərb İncəsənəti” başlığı altında keçiriləcək.

Bu tədbirdə Rossun 1990-cı ilə aid “Cliffside”, 1993-cü ilə aid “Winter’s Peace” və “Home in the Valley” adlı üç təqdim olunacaq.

Tabloların sol alt küncündə Rossun imzası yer alır.

Əsərlərin ümumi satış dəyərinin 850 min ilə 1,4 milyon dollar arasında olacağı təxmin edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…