Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Netanyahu barədə həbs qərarını icra etmək səlahiyyətimiz yoxdur"

2 dəq
Paylaş:
"Netanyahu barədə həbs qərarını icra etmək səlahiyyətimiz yoxdur"

"İsrailin Benyamin Netanyahunun sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə onu həbs etmək üçün şəhər rəhbərliyinin müstəqil hüquqi səlahiyyəti yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Nyu-York meri Zohran Məmdani deyib.

O, sosial şəbəkədə paylaşdığı videomüraciətdə daha əvvəl Cinayət Məhkəməsinin (BCM) barəsində çıxardığı həbs orderinin icrasına çalışacaqlarına dair açıqlamalarına aydınlıq gətirib.

Məmdani Netanyahunun cinayətlərdə ittiham olunduğunu bildirərək, Qəzzada mülki şəxslərin, uşaqların, xəstəxanaların hədəfə alınmasını, humanitar yardımın məhdudlaşdırılmasını, yardım işçiləri və jurnalistlərin öldürülməsini xatırladıb.

Məmdani qeyd edib ki, Netanyahunun Nyu-Yorka səfəri baş tutacağı halda, BCM-nin həbs orderinin icrası üçün bütün hüquqi imkanlar araşdırılıb. Lakin o vurğulayıb ki, Nyu-York şəhər rəhbərliyinin bu orderi müstəqil şəkildə icra etmək səlahiyyəti yoxdur.

"Bu səlahiyyət federal hökumətə məxsusdur. ABŞ hökumətini Beynəlxalq Cinayət Məhkəməsi ilə etməyə və bu orderi icra etməyə çağırıram", - o bildirib.

Nyu-York meri əlavə edib ki, Netanyahu və digər hərbi cinayətlərdə ittiham olunan şəxslərin şəhərdə yeri olmamalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax