Operativ Məlumat Mərkəzi

Meksikada isti hava 112 nəfərin həyatına son qoyub

1 dəq
Paylaş:
Meksikada isti hava 112 nəfərin həyatına son qoyub
ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır. Ən çox itki verən ştatlardan biri olan Nuevo Leon ştatında 64,...

Meksikada son həftələrdə təsirli olan istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

Ən çox itki verən ştatlardan biri olan Nuevo Leon ştatında 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.

Səhiyyə Nazirliyi açıqlamada ölənlərin yaş aralığının 45-64 arasında olduğunu, 112 nəfərdən 104-nün isti vurması nəticəsində öldüyünü bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər