Ötən il nüvə silahlarına qoyulan investisiyalar 82 milyard dolları ötüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nüvə silahlarının yayılmaması, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və nüvə silahlanmasının qarşısının alınmasını nəzərdə tutan müqavilənin bu il 55-ci ili qeyd olunsa da, dünyada nüvə silahı və nüvə silahlarına investisiyalar ətrafında mübahisələr davam edir.
2019-cu ildə dünya üzrə nüvə silahlarına investisiyalar 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib.
Nüvə silahlarına ən çox sərmayə qoyan öklərə sırasına isə ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya daxildir.