Əsas məzmuna keç

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub. Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində...

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun olub.

Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…