Operativ Məlumat Mərkəzi

Qrenlandiyanın vəziyyəti Qərb birliyini sınağa çəkir - KİV

2 dəq
Paylaş:
Qrenlandiyanın vəziyyəti Qərb birliyini sınağa çəkir - KİV

Avropa Qrenlandiya məsələsində suverenlik və transatlantik həmrəylik arasında seçim qarşısında qalıb.

“Operativ Məlumat Mərkəzi – OMM” bu barədə Çinin “Global Times” nəşrinə istinadən xəbər verir.

Qrenlandiya Qərb daxilində geosiyasi dayanıqlılıq üçün sınaq meydançasına çevrilir və bu məsələ təkcə ABŞ ilə Avropa arasındakı münasibətlərlə məhdudlaşmır. Məqalədə qeyd olunur ki, ABŞ-dən və adada yerləşən Amerika hərbi bazalarından qaynaqlanan real hərbi təhdidlərlə müqayisədə Avropanın məhdud hərbi addımları daha çox simvolik xarakter daşıyır və Danimarkanın imicini qorumaqla yanaşı, Vaşinqtonun mümkün təzyiqlərindən yayınmaq cəhdi kimi qiymətləndirilir.

Jurnalistlər Avropa ölkələrinin güzəştə gedib-getməyəcəyini və regional sülh və ədalət uğrunda mübarizə aparmaq üçün kifayət qədər siyasi iradəyə malik olub-olmadığını sual ediblər. Onlar xatırladıblar ki, Avropa onilliklər ərzində özünü beynəlxalq hüquqa əsaslanan nizamın qoruyucusu və bələdçisi kimi təqdim edib və indi bunu praktikada nümayiş etdirməyin vaxtıdır.

Məqalə müəllifləri eyni zamanda NATO-nun Avropaya real təhlükəsizlik təmin edə bilməyəcəyi fikrini ifadə edərək, ittifaqsız Avropa və hegemonluqsuz dünya quruculuğu yolları üzərində düşünməyə çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər